Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşəcək
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev avqustun 6-da saat 10:00-da Zəngilan rayonunun Ağalı kəndində Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının sakinləri ilə görüşəcək.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahələrində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların müraciətlərini dinləyəcək.
Qəbula 5 avqust 2026-cı il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu (office@mincom.gov.az), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda avqust ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: