azturkxeber.az
http://azturkxeber.az

Lənkəranda Amerika ağ kəpənəyinə qarşı kimyəvi mübarizə tədbirləri intensivləşdirilir

03-08-2026

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzi tərəfindən bitkilərin zərərvericilərdən mühafizəsi məqsədilə həyata keçirilən tədbirlər ardıcıl olaraq davam etdirilir. Hazırda proses çərçivəsində Lənkəran rayonunun Nərimanabad, Üzümçülük, Liman, Port, Şirinsu, Boladi və Zövlə kəndlərinin ərazilərində Amerika ağ kəpənəyinə qarşı mübarizə işləri aparılır.

Nazirlikdən Azturkxeber.az-a bildirilib ki, mMütəxəssislərin apardığı davamlı müşahidələr nəticəsində zərərvericinin ocaqları müəyyənləşdirilmiş və vaxtında müdaxilə təmin olunmuşdur. Zərərvericinin arealının genişlənməsinin qarşısını almaq və bitki sağlamlığını qorumaq üçün ümumilikdə 500 hektar ərazidə müvafiq tədbirlər görülür. Xüsusi texnika və təsirli preparatların tətbiqi ilə həyata keçirilən çiləmə işlərində əsas hədəf bitkilərə ciddi ziyan vuran bu zərərvericinin populyasiyasını əhəmiyyətli dərəcədə azaltmaqdır.

Qeyd edək ki, Amerika ağ kəpənəyi həm meyvə, həm də meşə ağacları üçün böyük təhlükə yaradan zərərvericilərdən biridir. Onun vaxtında aşkarlanması və məhv edilməsi məhsuldarlığın artırılması, eləcə də kənd təsərrüfatı məhsullarının keyfiyyətinin qorunmasında vacib şərtdir. Aqrar Xidmətlər Agentliyi tərəfindən bitki mühafizəsi istiqamətində başlanılan bu kimi profilaktik tədbirlər mövsüm ərzində davam etdiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31