İstehsalatda bədbəxt hadisələrin qarşısının alınmasına həsr olunan təlim keçirilib

Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının təşkilatçılığı ilə "Əməyin mühafizəsi haqqında ümumi anlayışlar, elektrik və yanğın təhlükəsizliyi, bədbəxt hadisələr zamanı ilk yardımın göstərilməsi" mövzusunada onlayn təlim keçirilib.
Bu barədə Azturkxeber.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirib ki, 15 müəssisədən 33 nəfərin iştirak etdiyi təlimdə əməyin mühafizəsinin əsas prinsipləri, iş yerlərində mövcud risklərin müəyyənləşdirilməsi və onların qarşısının alınması yolları barədə iştirakçılara ətraflı məlumat verilib.
Bununla yanaşı, elektrik avadanlıqlarından təhlükəsiz istifadə, yanğın zamanı davranış qaydaları, bədbəxt hadisələr zamanı ilkin yardımın göstərilməsi, təhlükəsiz əmək şəraitinin yaradılması və fərdi mühafizə vasitələrindən düzgün istifadə ilə bağlı praktiki tövsiyələr iştirakçıların diqqətinə çatdırılıb.
Təlim zamanı əməyin mühafizəsi norma və qaydalarına riayət edilməsinin istehsalat qəzalarının və peşə risklərinin qarşısının alınmasında mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: