azturkxeber.az
http://azturkxeber.az

Fərid Qayıbov beynəlxalq yarışlarda fərqlənən idmançılarla görüşüb

03-08-2026

Avqustun 3-də gənclər və idman naziri Fərid Qayıbov iyul ayı ərzində ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılarla görüşüb.

Azturkxeber.az-ın məlumatına görə, Azərbaycan İdman Akademiyasında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ötən ay ərzində beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub.

Ardınca nazir Fərid Qayıbov idmançıları yüksək göstəriciləri münasibətilə təbrik edib və onlara gələcək yarışlarda müvəffəqiyyət arzulayıb.

Görüş zamanı müxtəlif idman növləri üzrə idmançılar iştirak etdikləri beynəlxalq yarışlar və əldə etdikləri medallar barədə ətraflı məlumat veriblər.

Sonda nazir Fərid Qayıbov idmançılara göstərdikləri yüksək nəticələrə görə təşəkkür edib, qarşıdakı yarışlarda hər birinə yeni qələbələr arzulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31