azturkxeber.az
http://azturkxeber.az

“Şahtaxtı” gömrük postunda 112 kiloqramdan artıq heroinin keçirilməsinin qarşısı alınıb

03-08-2026

Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Almaniyaya "hazır qida məhsulları" yükü aparan nəqliyyat vasitəsi stasionar rentgen qurğusu vasitəsilə yoxlanılıb, daha sonra yük ətraflı gömrük baxışına cəlb edilib.

İdarədən bildirilib ki, yoxlama zamanı narkotik vasitə konservləşdirilmiş düyü olan 1218 ədəd plastik qabın alt hissəsində aşkarlanıb. Çətinləşdirilmiş üsulla gizlədilən heroinin xalis çəkisi 112 kiloqram 761,757 qram təşkil edib.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31