Tramp Qrenlandiyanın ABŞ nəzarətinə keçə biləcəyini bildirib
ABŞ Prezidenti Donald Tramp ikinci prezidentlik müddətinin sonunadək Qrenlandiyanın Vaşinqtonun nəzarəti altına keçə biləcəyini istisna etməyib.
Azturkxeber.az xəbər verir ki, Tramp bunu “Real America’s Voice” telekanalına müsahibəsində deyib.
ABŞ lideri Qrenlandiyanı “çox vacib” ərazi adlandıraraq, adanın ABŞ üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb.
Qeyd edək ki, Qrenlandiya Danimarkanın muxtar ərazisidir. ABŞ Prezidenti daha əvvəl də ölkəsinin təhlükəsizliyi baxımından Qrenlandiyanın əhəmiyyətini qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: