azturkxeber.az
http://azturkxeber.az

Tramp: ABŞ və İran arasında razılaşma hələ də mümkündür

01-08-2026

Tramp: ABŞ və İran arasında razılaşma hələ də mümkündür

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında hərbi gərginliyə baxmayaraq, razılaşmanın əldə olunmasının mümkün olduğunu bildirib.

Azturkxeber.az xəbər verir ki, Tramp bu barədə Merilend ştatındakı Kemp-Devid iqamətgahında jurnalistlərə açıqlamasında danışıb.

"Razılaşma əldə oluna bilər", – deyən ABŞ Prezidenti, eyni zamanda İran hakimiyyətinə etimadını itirdiyini, onların danışıqların gedişini təhrif etdiyini iddia edib.

Tramp, həmçinin İranın hərbi potensialının ciddi zərbə aldığını, Vaşinqtonun məqsədinin nəticə əldə etmək olduğunu vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31