İran mümkün ABŞ-İsrail hücumlarına cavab planı hazırladığını bildirib
İran ABŞ və İsrailin ölkənin enerji infrastrukturuna mümkün zərbələrinə qarşı hərtərəfli cavab planı hazırladığını bəyan edib.
Azturkxeber.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi yüksəkvəzifəli iranlı rəsmiyə istinadla məlumat yayıb.
Rəsmi şəxs ABŞ mediasında yayılan mümkün hücum planları barədə məlumatları tənqid edərək, Tehranın cavab tədbirləri görməyə tam hazır olduğunu bildirib. Onun sözlərinə görə, cavab planı İsrailin mühüm infrastrukturu və ABŞ-nin regiondakı enerji obyektlərini əhatə edir.
Bu bəyanat ABŞ mediasında Vaşinqton və İsrailin İranın enerji infrastrukturuna mümkün zərbələr planlaşdırdığı barədə xəbərlərdən sonra səsləndirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: