azturkxeber.az
http://azturkxeber.az

Hörmüz boğazında neft tankeri vurulub

01-08-2026

Hörmüz boğazında neft tankeri vurulub

Hörmüz boğazında Oman sahilləri yaxınlığında neft tankeri vurulub.

Azturkxeber.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.

Bildirilib ki, zərbə tankerin mühərrik bölməsinə dəyib və nəticədə gəmi idarəetməni itirib. Hadisə Omanın Lima limanından təxminən 20 kilometr şimal-şərqdə qeydə alınıb.

Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Bölgədəki sahil mühafizə qüvvələri məlumatlandırılıb, insidentlə bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31