CBS: ABŞ və İsrail İranın enerji infrastrukturuna zərbə endirməyi planlaşdırır
ABŞ və İsrailin İranın enerji infrastrukturuna qarşı genişmiqyaslı zərbə endirməyi planlaşdırdığı iddia olunur.
Azturkxeber.az xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
Məlumata görə, mümkün əməliyyat bu həftəsonu həyata keçiriləcək. Hədəflər sırasında neft emalı zavodları və elektrik stansiyaları ola bilər. Bununla belə, son qərarın verilmədiyi və ABŞ Prezidenti Donald Trampın hələ müvafiq göstəriş imzalamadığı qeyd edilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: