Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib
Bakı şəhərində fəaliyyət göstərən Şuşa təcili tibbi yardım bölməsi artıq öz doğma yurduna – Şuşa şəhərinə köçürülüb.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən məlumat verilib.
Bildirilib ki, Şuşa təcili tibbi yardım bölməsi fasiləsiz fəaliyyət göstərir. Bölmə 2 təcili tibbi yardım avtomobili ilə təmin olunub.
Həmçinin vurğulanıb ki, əhalinin təcili tibbi yardım xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, çağırışlara daha operativ reaksiya verilməsi, xidmətin əhatə dairəsinin artırılması və əlçatanlığının təmin edilməsi istiqamətində TƏBİB tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir. Son illər ərzində təcili tibbi yardım xidmətinin daha səmərəli təşkili məqsədilə ölkənin müxtəlif bölgələrində yeni stansiya və filialların yaradılması, mövcud briqadaların sayının artırılması, eləcə də texniki təminatın gücləndirilməsi istiqamətində ardıcıl addımlar atılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:

