azturkxeber.az
http://azturkxeber.az

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavin təyin olunub

31-07-2026

Azturkxeber.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev Sərəncam imzalayıb. Sərəncama əsasən, Nuhi Abbasəli oğlu Abdinov Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.

Nuhi Abdinov 1981-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub.

2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə-kredit ixtisası üzrə ali təhsil alıb.

2006-2013-cü illərdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda, 2013-2014-cü illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində, 2014-2022-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində, 2022-2023-cü illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində müxtəlif vəzifələrdə işləyib.

Hazırkı vəzifəsinə qədər Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

Ailəlidir, 2 övladı var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031