azturkxeber.az
http://azturkxeber.az

Milli Müdafiə Universiteti ali təhsil müəssisələrinin sərgisində təmsil olunub

31-07-2026

Bakıda Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisi keçirilib. Abituriyentləri ali təhsil müəssisələrinin fəaliyyət istiqamətləri, tədris imkanları və məzunların karyera perspektivləri ilə yaxından tanış etmək məqsədilə Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda təşkil edilən tədbirdə Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti də təmsil olunub.

Müdafiə Nazirliyindən Azturkxeber.az-a verilən məlumata görə, universitetin nümayəndə heyəti, eləcə də Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutun zabit və kursantları ziyarətçilərə hərbi təhsil sistemi, qəbul qaydaları, tədris prosesi və hərbi xidmətin perspektivləri barədə ətraflı məlumat veriblər.

Milli Müdafiə Universitetinin stendində universitetin fəaliyyəti və təhsil imkanlarını əks etdirən məlumat kitabçaları, müxtəlif təqdimat materialları və digər əyani vəsaitlər nümayiş etdirilib.

Bununla yanaşı, ziyarətçilərə hərbi təhsil sahəsində həyata keçirilən yeniliklər, müasir tədris infrastrukturu, xaricdə təhsil imkanları və kadr hazırlığı sistemi barədə məlumat təqdim olunub.

Sərgi çərçivəsində gənclərin hərbi peşəyə marağının artırılması, onların gələcək peşə seçimində düzgün istiqamətləndirilməsi və hərbi təhsil müəssisələrinin fəaliyyəti ilə yaxından tanış olmaları məqsədilə maarifləndirici söhbətlər aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Tədbirdə iştirak edən Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Milli Müdafiə Universitetinin stendi ilə tanış olub, abituriyentlərin hərbi təhsilə cəlbediciliyinin artırılması istiqamətində öz tövsiyələrini verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031