azturkxeber.az
http://azturkxeber.az

Astaranın dağ kəndlərinin qazlaşdırılması davam edir

31-07-2026

Astarada dağlar qoynunda yerləşən Burzubənd kəndinin adının etimoloji mənası da elə “hündür dağ” anlamına gəlir. Lakin çətin relyefə malik olmasına baxmayaraq “Azəriqaz” İB tərəfindən kəndin qazlaşdırılması işləri davam etdirilir.

Azturkxeber.az xəbər verir ki, Burzubəndin qazlaşdırılması başa çatdıqdan sonra burada 180 abonentin fasiləsiz və keyfiyyətli mavi yanacaqla təminatı mümkün olacaq.

Ümumilikdə Astara rayonunun Burzubənd və Vənəşikəş kəndlərinin qazlaşdırılması istiqamətində həyata keçirilən layihə üzrə 44 min poqonmetrə yaxın müxtəlif diametrli daşıyıcı qaz xətlərinin çəkilişi nəzərdə tutulub ki, bunun da artıq 25-26%-i icra edilib.

Lənkəran Regional Qaz İstismarı İdarəsinin şöbə rəisi Vəfadar Ağayevin verdiyi məlumata görə, kəndin qazlaşdırılması üçün 43 845 poqonmetr müxtəlif diametrli boruların çəkilməsi layihələndirilib. Hazırda işlərin 25-26%-i görülüb. Bütün sahələr üzrə işlər davam edir, qaynaq, dayaqların betonlanması və boyaq işləri görülür.

Qeyd edək ki, işlərin ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.

Ətraflı “Azəriqaz”ın “YouTube” səhifəsində:

https://youtu.be/Lncs1_EgrfA?si=hAIXu8GYVYtzGQZS






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031