azturkxeber.az
http://azturkxeber.az

AQTA-nın sədri süd emalı müəssisəsinin fəaliyyəti ilə tanış olub

31-07-2026

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli "Xırman" MMC-yə məxsus “Qaymaq” əmtəə nişanlı süd və süd məhsullarının emalı müəssisəsində olub.

Bu barədə Azturkxeber.az-a agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, müəssisədə emal prosesinin müxtəlif mərhələləri, tətbiq olunan texnologiyalar, sanitariya-gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə uyğunluğun təmin olunması istiqamətində görülən işlərlə tanış olan agentlik sədri məhsulların laborator analizlərinin həyata keçirildiyi laboratoriyaya da baxış keçirib.

AQTA-nın sədri müəssisədə qida təhlükəsizliyi sistemlərinin davamlı təkmilləşdirilməsinin, emal proseslərində yüksək keyfiyyət standartlarının qorunmasının və istehlakçıların təhlükəsiz qida məhsulları ilə təmin edilməsinin əhəmiyyətini vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031