Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 30-a çatıb
Yaponiyanın Kumamoto prefekturasında baş verən 7,1 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 30-a yüksəlib.
Azturkxeber.az xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Sanae Takaiçi hökumətin fövqəladə halların idarə olunması qərargahının iclasında bildirib.
Qeyd edək ki, çərşənbə axşamı yerli vaxtla saat 16:27-də Yaponiyanın Kumamoto prefekturasında 7,1 bal gücündə zəlzələ qeydə alınıb. Hazırda hakimiyyət orqanları təbii fəlakətin vurduğu ziyanın miqyasını qiymətləndirir, eyni zamanda, bölgədə axtarış-xilasetmə və yardım əməliyyatları davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: