azturkxeber.az
http://azturkxeber.az

Fərid Qayıbov Astanada beynəlxalq idman sammitində çıxış edib

30-07-2026

Gənclər və idman naziri Fərid Qayıbov Qazaxıstanın Astana şəhərində səfərdə olub.

Nazirlikdən Azturkxeber.az-a bildirilib ki, nazir burada fəaliyyət göstərən “Alem.AI” Beynəlxalq Süni İntellekt Mərkəzində keçirilən “Phygital Sports Summit Astana 2026” beynəlxalq idman sammitində iştirak edib.

Sammit çərçivəsində Fərid Qayıbov “Fijital idmanın gələcəyinin formalaşdırılması: dövlət, siyasət və qlobal liderlik” mövzusunda keçirilən sessiyada çıxış edib.

Tədbirdən sonra iştirakçılar “Gələcəyin oyunları”nın rəsmi açılış mərasimini izləyiblər. Açılış mərasimində Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan prezidentləri iştirak ediblər.

Səfər çərçivəsində Fərid Qayıbov Qazaxıstanın turizm və idman naziri Yerbol Mırzabosınov və Özbəkistanın idman naziri Ədhəm İkramovla da ikitərəfli görüşlər keçirib.

Fərid Qayıbov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin baş qərargahını da ziyarət edib. Ziyarət zamanı Azərbaycanın hazırda sədrlik etdiyi AQEM (CICA) Gənclər Şurası çərçivəsində son iki il ərzində ölkəmizdə təşkil olunan tədbirlərdə könüllü kimi fəal iştirak etmiş və fərqlənmiş gənclərlə görüş keçirilib. Görüşdə gənclərə AQEM Katibliyinin fəaliyyəti, təşkilatın əsas istiqamətləri və beynəlxalq təşkilatlarda karyera imkanları barədə ətraflı məlumat verilib. Nazir Fərid Qayıbov, həmçinin AQEM-in Baş katibi Kayrat Sarıbay ilə görüşüb. Görüşdə AQEM ilə gənclər sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031