azturkxeber.az
http://azturkxeber.az

DİN BNMİ 57 kq narkotik vasitə və 1981 ədəd psixotrop həbi dövriyyədən çıxarıb

30-07-2026

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışının qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir.

Bu barədə Azturkxeber.az-a DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Abşeron və Qaradağ rayonlarında keçirilən tədbirlərlə əvvəllər oğurluq cinayətinə görə məhkum olunan Ramil Əliyev və Nihat Abdurrahmanov saxlanılıblar. Onlardan ümumilikdə 57 kiloqram heroin, metemfetamin, tiryək, həşiş qətranı, tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 1981 ədəd metadon həbi aşkarlanıb. Saxlanılan şəxslərin xarici narkotacirlərin tapşırığı ilə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb,saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

https://youtu.be/OYoDyEipoF4






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031