azturkxeber.az
http://azturkxeber.az

Anatoli Nuriyev “Sabah” və “Zirə”nin avrokuboklardakı şanslarını dəyərləndirib

30-07-2026

Anatoli Nuriyev “Sabah” və “Zirə”nin avrokuboklardakı şanslarını dəyərləndirib

Azərbaycan millisinin futbolçusu Anatoli Nuriyev keçmiş komandaları olan “Sabah” və “Zirə”nin avrokuboklardakı çıxışını yüksək qiymətləndirib.

Bu barədə danışan yarımmüdafiəçi “Sabah”ın UEFA Konfrans Liqasının əsas mərhələsinə yüksəlməsini komandanın uğurlu çıxışının göstəricisi kimi dəyərləndirib: “Sabah” artıq UEFA Konfrans Liqasının əsas mərhələsinə vəsiqəni təmin edib. Çox yaxşı komandadır. Ümid edirəm ki, daha da irəli gedəcək, hətta UEFA Çempionlar Liqasına vəsiqə qazanmağı bacaracaq”.

O, “Zirə”nin qarşıdakı oyununun daha çətin keçəcəyini bildirsə də, komandanın növbəti mərhələyə yüksələcəyinə inandığını vurğulayıb:

“Zirə”ni daha çətin oyun gözləyir. Onların səhv etmək imkanları, demək olar ki, yoxdur. Buna baxmayaraq, komandaya inanıram. Hesab edirəm ki, Estoniya təmsilçisi “Payde” ilə oyunda bir top fərqini aradan qaldıraraq növbəti mərhələyə yüksələ bilərlər. Komandaya yeni futbolçular cəlb olunub. Yaxşı kollektiv formalaşıb, sadəcə, yeni oyunçuların komandanın tələblərinə uyğunlaşması üçün bir qədər vaxt lazımdır”.

Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiya təmsilçisi KuPS-u iki oyunun nəticəsinə əsasən 3:0 hesabı ilə məğlub edərək növbəti raunda yüksəlib. “Zirə” isə Konfrans Liqasının II mərhələsinin cavab matçında bu gün Estoniyanın “Payde” kollektivini qəbul edəcək. İlk görüşdə minimal hesabla rəqib qalib gəlib – 1:0.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031