azturkxeber.az
http://azturkxeber.az

“SİMA İmza”nın üztanıma həlli kirayə mənzil seçimində tətbiq olunacaq

29-07-2026

SİMA rəqəmsal imzanın biometriya texnologiyası İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) kirayə mexanizmi çərçivəsində keçirdiyi növbəti mənzil satışlarında tətbiq ediləcək.

Azturkxeber.az xəbər verir ki, yeniliyə əsasən, vətəndaşlar kirayə mənzil seçimi zamanı müraciətlərini parol və ya digər təsdiqləmə üsulları ilə deyil, yalnız “SİMA İmza”nın üztanıma funskionallığı ilə təsdiqləyə biləcəklər.

Bu yanaşma seçimlər zamanı təhlükəsizliyin və şəffaflığın təmin edilməsi üçün həyata keçirilib və kənar şəxslərin başqasının adından prosesə müdaxilə etməsi riskinin qarşısını almaq məqsədi daşıyır. Belə ki, burada biometrik identifikasiya sayəsində hər bir təsdiq əməliyyatı birbaşa müraciət sahibinin iştirakı ilə həyata keçirilir.

“SİMA İmza”nın biometrik identifikasiya üsulunun tətbiqi ilə bağlı təlimatla bu keçid vasitəsilə tanış ola bilərsiniz:

https://mcgf.gov.az/storage/01KYMBNVCQG52EGZ18Z4NW1RQS.pdf






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031