azturkxeber.az
http://azturkxeber.az

“Sabahın Ulduzları” turnirinin püşkü atılıb

29-07-2026

AFFA və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkil etdiyi “Sabahın Ulduzları” turnirinin püşkatma mərasimi keçirilib.

Azturkxeber.az milli assosiasiyanın rəsmi saytına istinadla xəbər verir ki, “Sabahın Ulduzları”nın tarixinə həsr olunmuş videoçarxın nümayişindən sonra BFF-nin prezidenti Tahir Süleymanov, gənclər arasında dünya və Avropa çempionu olmuş Azərbaycan milli komandasının sabiq baş məşqçisi Arif Əsədov, AFFA Texniki Departamenti skautlar şöbəsinin rəhbəri Bəxtiyar Musayev, AFFA Hakimlər Departamenti və Hakimlər Komitəsinin nümayəndəsi Ceyhun Haşımov və “Neftçi” klubunun koordinatoru İslam Kərimov çıxış edərək turnirin mahiyyətindən bəhs ediblər.

Ardından püşkatma mərasimi keçirilib. Püşkün nəticəsinə görə, qruplar üzrə ilk turda qarşılaşacaq cütlüklər aşağıdakı kimi müəyyənləşib:

U-15 yaş qrupu

1-2 avqust

I tur

“Zəngəzur” FK – “Marafon” FM

“Qarabağ” FK – “Ulduz” FM

“Şəfa” FK – “Sumqayıt” FK

“Sabah” FK – “Neftçi” PFK

“Qəbələ” FK – “Dinamo” FK

“Zirə” PFK – EFA

U-14 yaş qrupu

3-4 avqust

I tur

“Qəbələ” FK – “Vətən” FM

“Ulduz” FA – “Qarabağ” FK

“Azərbaycan Qartalları” FK – “Dostluq” FK

“Sumqayıt” FK – “Sabah” FK

“Neftçi” PFK – EFA

“Xan” FK – “Zirə” PFK

Qeyd edək ki, avqustun 1-də startı veriləcək “Sabahın Ulduzları” turnirinin oyunları Bayıl stadionunda keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031