azturkxeber.az
http://azturkxeber.az

Qazaxıstanla Orta Dəhliz üzrə əməkdaşlığın genişləndirilməsi dəyərləndirilib

29-07-2026

Qazaxıstanla Orta Dəhliz üzrə əməkdaşlığın genişləndirilməsi dəyərləndirilib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev, “Samruk-Kazına” ASC-nin İdarə Heyətinin sədri Nurlan Jakupov və “Qazaxıstan Dəmir Yolları”nın İdarə Heyətinin sədri Eljas Otınşıyev ilə görüş keçirib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Azturkxeber.az-a bildirilib ki, görüşdə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə əməkdaşlığın genişləndirilməsi, o cümlədən bərə gəmilərinə investisiya imkanları, avtomobil nəqliyyatı ilə yükdaşımaların artırılması, eləcə də Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kabel xəttinin çəkilməsi layihəsi ilə bağlı məsələlər müzakirə edilib.

Eyni zamanda, Orta Dəhlizin inkişafına dair Saziş layihəsi və dəhlizin rəqəmsallaşdırılması istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031