azturkxeber.az
http://azturkxeber.az

Netanyahu Trampla görüşünü indiyədək keçirilmiş ən yaxşı görüşlərdən biri adlandırıb

29-07-2026

Netanyahu Trampla görüşünü indiyədək keçirilmiş ən yaxşı görüşlərdən biri adlandırıb

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla görüşünün çox uğurlu keçdiyini bildirib.

Azturkxeber.az xəbər verir ki, o, bu barədə "Instagram" sosial şəbəkəsindəki hesabında yayımladığı videomüraciətdə deyib.

Netanyahu qeyd edib ki, görüş tam tərəfdaşlıq və qarşılıqlı dəstək ruhunda keçib. Tərəflər İranın nüvə silahına malik olmamasının təmin edilməsi, eləcə də digər ortaq məqsədlərlə bağlı fikir mübadiləsi aparıblar.

"Bu, ABŞ Prezidenti, dostumuz Donald Trampla indiyədək keçirdiyim ən yaxşı söhbətlərdən biri idi. Bu görüş İsrail dövlətinin təhlükəsizliyi və gələcəyi baxımından mühüm əhəmiyyət daşıyan məsələlərin müzakirəsi və fəaliyyətimizin əlaqələndirilməsi üçün mühüm fürsət oldu", – deyə Netanyahu bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031