azturkxeber.az
http://azturkxeber.az

Şəkidə “Yay məktəbi” təşkil olunacaq

29-07-2026

Şəkidə “Yay məktəbi” təşkil olunacaq

3-5 avqust tarixlərində Şəki şəhər Uşaq İncəsənət Məktəbində 9-15 yaşlı uşaqlar üçün “Yay məktəbi” layihəsi həyata keçiriləcək.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, layihənin məqsədi uşaqların yaradıcılıq potensialının inkişaf etdirilməsi, onların incəsənətə marağının artırılması, rəqəmsal və bədii bacarıqlarının təkmilləşdirilməsi, eləcə də asudə vaxtlarının səmərəli təşkili üçün yaradıcı və öyrədici mühitin formalaşdırılmasıdır.

Proqram çərçivəsində iştirakçılar rəqəmsal bacarıqlar, fortepiano, rəssamlıq, heykəltaraşlıq, ədəbiyyat və rəqs istiqamətləri üzrə ustad dərslərinə qatılacaq, açıq havada yaradıcı oyunlara qoşulacaq və layihə müddətində hazırladıqları işlərini sərgidə nümayiş etdirəcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031