azturkxeber.az
http://azturkxeber.az

Ceyranbatan-Maştağa magistral su kəmərində təmir işləri yekunlaşır

29-07-2026

Ceyranbatan-Maştağa magistral su kəmərində təmir işləri yekunlaşır

Ceyranbatan–Maştağa magistral su kəmərinin 6-cı kilometrliyində diametri 1200 millimetr olan xəttin istismar müddəti başa çatmış 22 metrlik qəzalı hissəsi yenisi ilə əvəz edilib.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Azturkxeber.az-a bildirilib ki, təmir-bərpa işləri fasiləsiz rejimdə aparılıb və hazırda yekunlaşmaq üzrədir.

Qeyd olunub ki, növbəti mərhələdə magistral xətt yuyulacaq, içməli su ilə doldurulacaq, su müvafiq anbarlara ötürüləcək və daha sonra ərazidaxili paylayıcı şəbəkələrə verilməsi təmin olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031