azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanla Çinin diplomatik münasibətlərinin 35-ci ildönümü ilə bağlı poçt markası buraxıla bilər

29-07-2026

“AZCON Holding” şirkətlərindən olan “Azərpoçt” MMC-də Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Lu Meyin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Azərbaycan və Çin arasında poçt, elektron ticarət və logistika infrastrukturu sahələrində əməkdaşlığın inkişaf imkanları müzakirə olunub.

MMC-dən Azturkxeber.az-a bildirilib ki, 2027-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümü münasibətilə poçt markasının buraxılması məsələsi ətrafında fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində Çinin elektron ticarət platformaları ilə “Azərpoçt” arasında əməkdaşlıq əlaqələrinin yaradılması, poçt və kommersiya göndərişlərinin daşınması, emalı və son təyinat ünvanına çatdırılması imkanları da nəzərdən keçirilib.

Bununla yanaşı, “Azərpoçt”un logistika infrastrukturunun modernləşdirilməsi məqsədilə avtomatlaşdırılmış çeşidləmə xətləri və digər müasir texnoloji avadanlıqlar istehsal edən Çin şirkətləri barədə məlumatların təqdim olunması təklif edilib.

Müvafiq şirkətlər müəyyənləşdirildikdən sonra tərəflər arasında texniki görüşlərin keçirilməsi, eləcə də texnoloji həllər və avadanlıqlarla bağlı təqdimatların təşkil olunması nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031