azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Qazaxıstanla tərəfdaşlığın prioritet inkişaf istiqamətlərini nəzərdən keçirib

29-07-2026

Azərbaycan Qazaxıstanla tərəfdaşlığın prioritet inkişaf istiqamətlərini nəzərdən keçirib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Qazaxıstanın “Samruk-Kazyna” Milli Rifah Fondunun İdarə Heyətinin sədri Nurlan Jakupov ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən Azturkxeber.az-a bildirilib ki, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri, həmçinin tərəfdaşlığın prioritet inkişaf istiqamətləri nəzərdən keçirilib. Tərəflər birgə investisiya fəaliyyətinin genişləndirilməsi, institusional investorlar arasında əməkdaşlıq imkanları, ticarət, sənaye, süni intellekt və digər innovativ istiqamətlər üzrə tərəfdaşlıq, eləcə də yaşıl enerji layihələrinin birgə həyata keçirilməsi barədə fikir mübadiləsi aparıblar.

Görüşdə qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın genişləndirilməsinin iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə və yeni birgə layihələrin reallaşdırılmasına töhfə verəcəyi vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031