azturkxeber.az
http://azturkxeber.az

ADY Mobile” istifadəçilərinin sayı 500 minə çatdı

29-07-2026

Azərbaycan Dəmir Yollarının “ADY Mobile” mobil tətbiqi 500 min yüklənmə sayı ilə hər gün sərnişinlərin səyahətini daha rahat, sürətli və əlçatan edir.

Azturkxeber.az xəbər verir ki, tətbiq vasitəsilə sərnişinlər qatarların hərəkət cədvəli ilə tanış ola, beynəlxalq, ölkədaxili və Abşeron dairəvi dəmir yolu marşrutu üzrə biletlərini asanlıqla əldə edə, eyni anda bir neçə nəfər üçün bilet ala və biletləri PDF formatında ailə üzvləri və yaxınları ilə paylaşa bilirlər.

Son illərdə “ADY Mobile” üzərindən ölkədaxili istiqamətlər üzrə bilet satışlarında da əhəmiyyətli artım qeydə alınıb. Belə ki, 2023-cü ilin noyabr ayında tətbiq vasitəsilə əldə olunan biletlər ümumi satışın 11%-ni təşkil etdiyi halda, 2026-cı ilin iyun ayında bu göstərici 50%-ə yüksəlib.

Tətbiqdə təqdim olunan SİMA Pay – üz tanıma ilə ödəniş funksiyasını isə artıq 10 minə yaxın istifadəçi aktivləşdirərək stansiyalara daha sürətli və rahat keçid imkanından yararlanır.

“ADY Mobile” istifadəçiləri səfərlə bağlı vacib bildirişləri və yenilikləri operativ şəkildə əldə edir, həmçinin SİMA Pay, bank kartı, barkod və elektron kart kimi müxtəlif ödəniş üsullarından istifadə edə bilirlər.

Qarşıdakı dövrdə də “ADY Mobile”ın imkanları yeni funksiyalar və daha rahat xidmətlərlə genişləndiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031