azturkxeber.az
http://azturkxeber.az

ABŞ təhlükəli biotibbi tədqiqatlara federal dəstəyi dayandırıb

29-07-2026

ABŞ təhlükəli biotibbi tədqiqatlara federal dəstəyi dayandırıb

ABŞ administrasiyası təhlükəli biotibbi tədqiqatların, o cümlədən patogenlərin təsirini artırmağa yönəlmiş araşdırmaların federal vəsaitlə maliyyələşdirilməsini qadağan edib.

Bu barədə ABŞ Dövlət Departamenti və Səhiyyə və İnsan Xidmətləri Departamentinin birgə bəyanatında bildirilib.

Yeni qaydalara əsasən, ABŞ və digər ölkələrdə aparılan, insan həyatı və milli təhlükəsizlik üçün risk yarada biləcək “funksiya qazanması” tədqiqatlarına federal dəstək göstərilməyəcək.

Vaşinqton bildirib ki, təhlükəsizlik tədbirlərinə baxmayaraq, vaksin, dərman və diaqnostika vasitələrinin hazırlanmasına yönəlmiş biotibbi tədqiqatların dəstəklənməsi davam etdiriləcək. ABŞ digər ölkələri də oxşar nəzarət tədbirləri görməyə çağırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031