azturkxeber.az
http://azturkxeber.az

ABŞ Senatı Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qanun layihəsini dəstəkləyib

29-07-2026

ABŞ Senatı Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qanun layihəsini dəstəkləyib

ABŞ Senatı Rusiyaya qarşı əlavə sanksiyaların nəzərdə tutulduğu qanun layihəsinin müzakirəsinin davam etdirilməsini dəstəkləyib.

Azturkxeber.az xəbər verir ki, prosedur səsverməsi zamanı 82 senator qanun layihəsinin lehinə, 12 senator isə əleyhinə səs verib.

Məlumata görə, səsvermənin nəticələri qanun layihəsinin Senatda qəbul olunması üçün kifayət qədər geniş dəstəyin olduğunu göstərir.

Qanun layihəsi üzrə yekun səsvermənin dəqiq tarixi hələ açıqlanmayıb. Onun gələn həftənin əvvəlində keçirilməsi gözlənilir. Bundan sonra Senat avqustun 10-dan sentyabr ayınadək yay tətilinə çıxacaq.

Qanun layihəsinə Nümayəndələr Palatasında isə yalnız sentyabr ayında baxılması gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031