azturkxeber.az
http://azturkxeber.az

Əkin sahələrinin 79 faizində biçin yekunlaşıb

15-07-2026

Respublikada taxıl biçini davam edir.

Kənd Təsərrüfatı Nazirliyi yanında taxıl biçini ilə əlaqədar yaradılmış Mərkəzi Qərargahın operativ məlumatına görə, iyulun 15-dək ölkə üzrə payızlıq taxıl sahələrinin 78,5 faizində biçin başa çatıb.

Azturkxeber.az xəbər verir ki? mövsüm ərzində 755 500 hektar sahədə biçin aparılıb, bu sahələrdən 2 636 623 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 34,9 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 sent/ha çoxdur.

İndiyədək mexanizatorlar tərəfindən 307 384 hektar buğda, 448 116 hektar arpa sahəsi biçilib. Bu sahələrdən 1 175 093 ton buğda, 1 461 528 ton arpa yığılıb. Buğda sahələrinin 67 faizində, arpa sahələrinin isə 89,3 faizində biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 38,2 sent/ha, arpa üzrə isə 32,6 sent/ha təşkil edir.

Artıq 13 rayonda - Ucar, Ağdaş, Bərdə, Biləsuvar, Cəlilabad, Kürdəmir, Yevlax, Masallı, Neftçala, Sabirabad, Salyan, Kəlbəcər və Şuşada biçin tam yekunlaşıb, Respublikanın 12 rayonunda - Ağsu, Astara, Balakən, Beyləqan, Göyçay, Goranboy, Naftalan, İmişli, Zərdab, Saatlı, Samux, Tərtər rayonlarında taxıl biçini yekunlaşmaq üzrədir.

Respublika üzrə biçin prosesinin optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031