azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan güləşçiləri ilin son reytinq turnirində mübarizə aparacaqlar

14-07-2026

Azərbaycan güləşçiləri ilin son reytinq turnirində mübarizə aparacaqlar

Sabah Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə ilin son reytinq turnirinə start veriləcək.

Azturkxeber.az xəbər verir ki, mövsümün 4-cü reytinqi turnirində Azərbaycanı 21 güləşçi təmsil edəcək.

İyulun 19-dək davam edəcək turnirə sərbəst güləşçilər start verəcək. İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Rəşid Babazadə (65 kq), Kənan Heybətov (70 kq), Turan Bayramov (74 kq), Cəbrayıl Hacıyev (79 kq), Arseniy Djioyev (86 kq), Ali Tsokayev (92 kq), Osman Nurmaqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) məsul yarışda gücünü sınayacaq.

Daha sonra estafet qadın güləşçilərə keçəcək. Nərgiz Səmədova, Əsmər Cankurtaran (hər ikisi (53 kq), Gültəkin Şirinova (55 kq), Jalə Əliyeva (57 kq), Birgül Soltanova (65 kq) və Nigar Mirzazadə (68 kq) uğur qazanmağa çalışacaq.

Yunan-Roma güləşçilərinin mübarizəsində isə ölkəmizi Elmir Əliyev (60 kq), Murad Məmmədov, Sakit Quliyev (hər ikisi 63 kq), Məhəmməd Şükürzadə (67 kq) və Arif Niftullayev (97 kq) təmsil edəcək.

İlkin görüşlər hər gün Bakı vaxtı ilə 12:30-da, medallar uğrunda qarşılaşmalar isə 20:00-da başlayacaq.

Reytinq turnirində I-S kateqoriyalı azərbaycanlı hakim Asif Şirəliyev ədaləti qoruyacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031