azturkxeber.az
http://azturkxeber.az

Avropa çempionatı: Azərbaycanın üç sərbəst güləşçisi yarımfinalda

08-04-2025

Avropa çempionatı: Azərbaycanın üç sərbəst güləşçisi yarımfinalda

Azərbaycanın üç sərbəst güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

Ağanəzər Novruzov (74 kiloqram) 1/4 finalda gürcüstanlı Avropa çempionu Giorgi Elbakidzeyə 5:3, Osman Nurmaqomedov (92 kiloqram) belaruslu Yaraslav Yadkovskiyə 10:0, Giorgi Meşvildişvili (125 kiloqram) isə bolqarıstanlı 3 qat Avropa mükafatçısı Vladislav Baytsayevə 5:0 hesabı ilə qalib gəlib.

Növbəti raundda Novruzov albaniyalı Çermen Vəliyevlə, Nurmaqomedov gürcüstanlı Miriani Maysuradze ilə, Meşvildişvili isə Yanis Xramiankovla (UWW) üz-üzə gələcəklər.

Bu gün mübarizəyə qoşulan Azərbaycanın digər sərbəst güləşçiləri Nürəddin Novruzov (91 kiloqram) 1/4, Arseni Cioyev (86 kiloqram) 1/8 finalda uduzublar.

Ötən gün xalça üzərinə çıxan sərbəst güləşçilərimizin isə bürünc medal uğrunda qarşılaşacağı rəqiblər dəqiqləşib. İslam Bazarqanov (57 kiloqram) bolqarıstanlı İvaylo Tisovu, Əli Rəhimzadə (65 kiloqram) ukraynalı Andrey Sviridi, Kənan Heybətov (70 kiloqram) macarıstanlı İsmayıl Musukayevi sınağa çəkəcək. Orxan Abasov (79 kiloqram) isə təsəlliverici görüşdə uduzaraq, qitə çempionatını mükafatsız başa vurub.

Qeyd edək ki, Avropa çempionatı aprelin 13-də yekunlaşacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930