azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanın daha 2 sərbəst güləşçisi Avropa çempionu olub

26-04-2026

Azərbaycanın daha 2 sərbəst güləşçisi Avropa çempionu olub

Azərbaycanın sərbəst güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında daha 5 medal qazanıblar.

Yarışın son günündə Ali Tsokayev (92 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) Avropa çempionu olublar. Turan Bayramov (74 kiloqram) və Arseni Cioyev (86 kiloqram) finalda məğlub olaraq gümüş mükafata sahib çıxıblar.

Nürəddin Novruz (61 kiloqram) isə bürünc medal uğrunda görüşdə uduzaraq 5-ci yeri tutub.

Bununla da sərbəst güləşçilər Avropa çempionatını 6 medalla başa vurublar. Daha əvvəl İslam Bazarqanov (57 kiloqram) qızıl, Cəbrayıl Hacıyev (79 kiloqram) bürünc medal əldə edib.

Qeyd edək ki, Yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) Avropa çempionu olublar. Rəşad Məmmədov (55 kiloqram), Nihat Məmmədli (60 kiloqram) və İslam Abbasov (87 kiloqram) bürünc medal qazanıblar.

Qadın güləşində isə Jalə Əliyeva (57 kiloqram) və Günay Qurbanova (59 kiloqram) bürünc mükafatın sahibi olublar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930