azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanın daha 5 sərbəst güləşçisi Avropa çempionatında mübarizəyə başlayır

08-04-2025

Azərbaycanın daha 5 sərbəst güləşçisi Avropa çempionatında mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha 5 sərbəst güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.

Turnirə 1/4 finaldan start verəcək Nurəddin Novruzov (61 kiloqram) və Georgi Meşvildeşvilinin (125 kiloqram) rəqibləri hələlik bəlli deyil.

Ağanəzər Novruzov (74 kiloqram) və Arseni Cioyev (86 kiloqram) təsnifat mərhələsində müvafiq olaraq, Yahor Akuliç (UWW və Artur Naifonovla (UWW) qarşılaşacaqlar. Osman Nurmaqomedov (92 kiloqram) isə 1/8 finalda Denis Saxalyuku (Ukrayna) sınağa çəkəcək.

Bu gün, həmçinin Orxan Abasov (79 kiloqram) təsəlliverici, İslam Bazarqanov (57 kiloqram), Əli Rəhimzadə (65 kiloqram) və Kənan Heybətov (70 kiloqram) bürünc medal uğrunda görüşlərdə qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, Avropa çempionatına aprelin 13-də yekun vurulacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930