azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanın iki qadın güləşçisi Avropa çempionatında mübarizəyə başlayır

09-04-2025

Azərbaycanın iki qadın güləşçisi Avropa çempionatında mübarizəyə başlayır

Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bu gün qadın güləşi üzrə yarışlara start veriləcək.

Turnirin üçüncü günündə Azərbaycanın iki idmançısı xalça üzərinə çıxacaq.

Elnurə Məmmədova (55 kiloqram) təsnifat mərhələsində Biatris Ferenti (Rumıniya), Alyona Kolesnik (59 kiloqram) Fatma Şaban (Bolqarıstan) / Alesiya Hetmanava (UWW - Belarus) cütünün qalibini sınağa çəkəcək.

Bu gün, həmçinin Azərbaycanın sərbəst güləşçilərindən Ağanəzər Novruzov (74 kiloqram) bürünc medal uğrunda Ramazan Ramazanovla (Bolqarıstan), Osman Nurməhəmmədov (92 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə finalda müvafiq olaraq, Dauren Kuruqluev (Yunanıstan) və Solomon Manaşvili (Gürcüstan) ilə qarşılaşacaq.

Qeyd edək ki, ötən gün sərbəst güləşçilərdən İslam Bazarqanov (57 kiloqram), Əli Rəhimzadə (65 kiloqram) və Kənan Heybətov (70 kiloqram) bürünc mükafata sahib çıxıblar.

Avropa çempionatına aprelin 13-də yekun vurulacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930