azturkxeber.az
http://azturkxeber.az

Piyada keçidi əvəzinə yolun hərəkət hissəsindən keçən üç nəfər qəzaya səbəb oldu

13-07-2026

Piyada keçidi əvəzinə yolun hərəkət hissəsindən keçən üç nəfər qəzaya səbəb oldu VİDEO

Ötən gün axşam saatlarında Səbail rayonu, Dənizkənarı küçəsi, Dövlət Bayrağı Meydanı istiqamətində baş verən qəza bir daha göstərdi ki, yol hərəkəti təhlükəsizliyinin təmin olunması yalnız sürücülərin deyil, piyadaların da üzərinə ciddi məsuliyyət qoyur.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

“Kamera görüntüsünü təhlil etdikdə bəlli olur ki, üç piyada təxminən 200-220 metr yaxınlıqda yeraltı piyada keçidi olmasına baxmayaraq, yolun hərəkət hissəsindən istifadə edir və motosiklet sürücüsü isə onları vurmamaq üçün dayanmaq istədikdə idarəetməni itirərək yıxılır”, - deyə məlumatda qeyd edilib.

Qəza nəticəsində motosiklet sürücüsü xəsarət alıb. Hadisə zamanı piyadalar xəsarət alan sürücüyə kömək göstərmək əvəzinə hadisə yerini tərk ediblər. Əraziyə yaxın xidmətdə olan polis əməkdaşları dərhal hadisə yerinə gələrək sürücüyə ilkin yardım göstərib, daha sonra o, təcili tibbi yardım avtomobili ilə tibb müəssisəsinə çatdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031