azturkxeber.az
http://azturkxeber.az

“Dövlətin və təsərrüfat subyektlərinin mənafelərinin müdafiəsində auditin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib

25-06-2026

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və Azərbaycan Respublikasının Auditorlar Palatasının birgə təşkilatçılığı ilə Azərbaycanda İnsan Hüquqları Gününə həsr olunmuş “Dövlətin və təsərrüfat subyektlərinin mənafelərinin müdafiəsində auditin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

Azturkxeber.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Azərbaycan Respublikasının Auditorlar Palatasının sədri, professor Vahid Novruzov, Ombudsman Aparatının və Auditorlar Palatasının əməkdaşları, xarici ölkələrin audit qurumlarının rəhbərləri, qeyri-hökumət təşkilatlarının və media subyektlərinin nümayəndələri iştirak ediblər.

Ombudsman Səbinə Əliyeva açılış nitqi ilə çıxış edərək, audit institutunun şəffaflığın, hesabatlılığın, qanunun aliliyinin və məsuliyyətli idarəetmə mədəniyyətinin təmininə xidmət edən mühüm mexanizm olduğunu bildirib.

Müvəkkil güclü audit sisteminin dövlətin, təsərrüfat subyektlərinin və vətəndaşların qanuni mənafelərinin qorunmasına, ictimai resurslardan səmərəli istifadəyə və iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsinə mühüm töhfə verdiyini qeyd edib.

Səbinə Əliyeva insan hüquqları baxımından audit sisteminin şəffaflığı və hesabatlılığı gücləndirdiyini, ictimai etimadı artırdığını, hüquq pozuntularının qarşısının alınmasına və sosial ədalətin təmin olunmasına xidmət etdiyini diqqətə çatdırıb.

Auditorlar Palatasının sədri, professor Vahid Novruzov giriş nitqi ilə çıxışı zamanı müasir auditin biznesin qorunması, inkişafı və davamlılığı üçün mühüm və qabaqlayıcı rola malik olduğunu qeyd edib.

Vahid Novruzov müstəqil audit sisteminin iqtisadi münasibətlər sistemində mühüm nəzarət mexanizmi kimi əhəmiyyət kəsb etməklə təsərrüfat subyektləri və mülkiyyətçilər arasında etimad körpüsü rolunu oynadığını diqqətə çatdırıb.

Sədr audit sisteminin hüquqi dövlətin iqtisadi dayaqlarından biri kimi dəyərləndirilməsinin əhəmiyyətini vurğulayıb, insan hüquqlarını qoruyan institusional infrastruktur elementi kimi çıxış etdiyini bildirib.

Konfransda bərabərlik hüququnun təmini və ayrı-seçkiliyin qarşısının alınması sahəsində Ombudsmanın fəaliyyəti, insan hüquqları və ictimai maraqların qorunması kontekstində audit sahəsində hüquqi məlumatlılığın artırılması, insan hüquqlarının qorunmasında auditin rolu, iqtisadi təhlükəsizlik və hüquqi şəffaflığın təminində auditin strateji əhəmiyyəti və digər mövzular üzrə məruzələr dinlənilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930