Dünya çempionatı: Fransa millisi İraqı məğlub edib
Futbol üzrə dünya çempionatında ikinci turun oyunları keçirilir.
Azturkxeber.az xəbər verir ki, Filadelfiya stadionunda keçirilən I qrupunun II turunun matçında Fransa İraq ilə qarşılaşıb.
Oyun avropalıların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Fransanın heyətində Kilian Mbappe (14, 54) dublla yadda qalıb. Yekun nəticəni müəyyənləşdirən qolu isə 66-cı dəqiqədə Usman Dembele vurub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: