azturkxeber.az
http://azturkxeber.az

Dünya çempionatı: Norveç millisi qələbə qazanıb

23-06-2026

Dünya çempionatı: Norveç millisi qələbə qazanıb

Futbol üzrə dünya çempionatında ikinci turun oyunları keçirilir.

Azturkxeber.az xəbər verir ki, I qrupunun ikinci turunda Norveç millisi Seneqalla qarşılaşıb. Nyu-Cersidəki “MetLife Stadium”da keçirilən oyun Norveçin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Norveç hesabı 43-cü dəqiqədə Markus Holmgren Pedersenin qolu ilə açıb. İkinci hissədə Erlinq Holand səhnəyə çıxıb. Hücumçu 48-ci və 58-ci dəqiqələrdə fərqlənərək komandasına vacib qələbə qazandırıb.

Seneqalın heyətində hər iki qolu İsmaila Sarr vurub. O, 53-cü dəqiqədə fərqi azaldıb, 90+3-cü dəqiqədə isə ikinci dəfə fərqlənib. Buna baxmayaraq, Afrika təmsilçisi məğlubiyyətdən xilas ola bilməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930