azturkxeber.az
http://azturkxeber.az

Polis əməkdaşları tərəfindən son sutka ərzində 76 cinayətin açılması təmin edilib

12-06-2026

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına əsasən, iyunun 11-də ölkə ərazisində qeydə alınan 55 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Azturkxeber.az xəbər verir ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan ümumilikdə 134 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 106 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa, narkotiklərlə əlaqəli 25 fakt, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930