azturkxeber.az
http://azturkxeber.az

Milli komandamız finala vəsiqə qazanmışdır

12-06-2026

12 iyun 2026-cı il tarixində Bakı şəhərində keçirilən Çövkən üzrə 2-ci Dünya Çempionatının yarımfinal mərhələsində Azərbaycan və Uruqvay milli komandaları qarşılaşmışdır.

Azturkxeber.az-ın məlumatına görə, böyük maraqla izlənilən görüşdə Azərbaycan millisi yüksək oyun intizamı, əzmkar mübarizəsi və üstün performansı ilə seçilmişdir.

Qarşılaşma boyunca oyuna nəzarəti əlində saxlayan komandamız rəqib qapısından 3 cavabsız top keçirərək Uruqvay millisi üzərində 3:0 hesablı inamlı qələbə qazanmışdır.

Qazanılan möhtəşəm qələbə nəticəsində Azərbaycan millisi Çövkən üzrə 2-ci Dünya Çempionatının final mərhələsinə vəsiqə qazanmışdır.

Beləliklə, komandamız dünya çempionluğu uğrunda həlledici mübarizəyə yüksələrək Azərbaycanın idman salnaməsinə növbəti parlaq səhifə yazmışdır.

Final görüşündə milli komandamızın əsas hədəfi ölkəmizə dünya çempionluğu titulunu qazandırmaq olacaqdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930