Bu il 116 550 nəfər şagird 11-ci sinfi bitirir


Cari tədris ilində ölkə üzrə ümumilikdə 116 min 550 nəfər məzun olur. Onlardan:
* 55 min 954 nəfəri qız
* 60 min 596 nəfəri oğlan şagirdlərdir.
Cari ildə işğaldan azad edilmiş ərazilərdə yerləşən, 11-də ilk dəfə olmaqla ümumilikdə 25 ümumi təhsil müəssisəsində “Son zəng” tədbiri keçiriləcək və 171 nəfər məzun məktəblə vidalaşacaq.
Bütün məzunlarımızı təbrik edir, onlara gələcək təhsil və həyat yollarında uğurlar arzulayırıq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: