azturkxeber.az
http://azturkxeber.az

Ombudsman Aparatının əməkdaşı probasiya xidmətinin inkişafına həsr olunmuş seminarda iştirak edib

11-06-2026



Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin əməkdaşı Pərvin Rəhimov “Azərbaycanda Probasiya Xidmətinin inkişafı və Niderland təcrübəsi” mövzusunda keçirilən seminarda iştirak edib.

Azturkxeber.az-ın məlumatına görə, tədbirdə Niderland Krallığının Azərbaycandakı səfiri Marian de Yonq, Ədliyyə Akademiyasının rektoru Rövşən İsmayılov və digər iştirakçılar çıxış ediblər. Seminar çərçivəsində probasiya xidmətinin inkişafı, Niderland təcrübəsi, eləcə də dövlət qurumları, məhkəmə hakimiyyəti, milli insan hüquqları təsisatları və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi Vüqar Ağayev Probasiya Xidmətinin Strateji Planının hazırlanması prosesi, əsas prioritetlər, uğur amilləri və risklər barədə məlumat verib.

Müzakirələr zamanı Ombudsman Aparatının nümayəndəsi Milli Preventiv Mexanizm mandatı çərçivəsində həyata keçirilən fəaliyyət, cəza siyasətinin humanistləşdirilməsi, keçmiş məhkumların reinteqrasiyası, habelə onlara qarşı stiqmatizasiya və ayrı-seçkiliyin aradan qaldırılması istiqamətində görülən işlər barədə məlumat verib. Eyni zamanda, Strateji Planın insan hüquqlarına əsaslanan yanaşma əsasında hazırlanmasının əhəmiyyəti vurğulanıb və müvafiq təkliflər səsləndirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930