azturkxeber.az
http://azturkxeber.az

BDYPİ: "Səhhətində problem olan sürücülərin sükan arxasına keçməsi faciə ilə nəticələnə bilər"

11-06-2026

Lənkəran rayon sakini Elşad Salayevin idarə etdiyi “VAZ” markalı avtomobil Liman şəhəri ərazisində hərəkətdə olarkən nəqliyyat vasitəsi anidən yoldan çıxaraq ağaca çırpılıb.

Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində də oxşar hadisə qeydə alınıb.

Azturkxeber.az xəbər verir ki, paytaxt sakini Davud Salamov “Ford” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yoldan çıxıb və yaxınlıqdakı ticarət obyektinə zərər vurub.

Hər iki hadisədə həyatlarını itirən sürücülərin ürək çatışmazlığından əziyyət çəkdikləri bildirilir.

Son vaxtlar havaların isinməsi fonunda analoji hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha sürücülərin diqqətinə çatdırırıq ki, səhhətlərində ciddi problemlər olduğu təqdirdə nəqliyyat vasitəsini idarə etməkdən çəkinsinlər. Çünki hərəkət zamanı baş verən qəfil səhhət pisləşməsi sürücünün nəqliyyat vasitəsi üzərində nəzarəti itirməsinə, ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər.

Baş Dövlət Yol Polisi İdarəsi səhhətində ciddi problem olan şəxsləri sükan arxasına keçməməyə, ailə üzvlərini isə belə hallara biganə qalmamağa çağırır. Unutmaq olmaz ki, bəzən bir nəfərin verdiyi yanlış qərar yolda heç bir günahı olmayan insanların həyatına son qoya bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930