azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Badminton Federasiyası Ruandada badmintonun inkişafına dəstəyini davam etdirir

11-06-2026

Azərbaycan Badminton Federasiyası Afrikada badmintonun inkişafına dəstək layihəsini davam etdirir.

Azturkxeber.az xəbər verir ki, bu dəfə Azərbaycan Badminton Federasiyası Dünya Badminton Federasiyası (BWF) və Afrika Badminton Konfederasiyası ilə sıx əməkdaşlıq çərçivəsində Ruanda Badminton Federasiyasını raketka, volan və digər zəruri idman ləvazimatları ilə təmin edib.

Layihənin məqsədi sosial məsuliyyət çərçivəsində Afrika ölkələrində badmintonun inkişafına töhfə vermək və bu idman növünün kütləviliyini artırmaqdır.

Ruanda Badminton Federasiyası Azərbaycan Badminton Federasiyasına ünvanladığı rəsmi məktubda göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib. Məktubda qeyd olunub ki, təqdim olunan yardım ölkədə badminton üzrə ilk çempionatın uğurla təşkil edilməsində mühüm rol oynayıb.

Bundan əlavə, Ruanda Badminton Federasiyası Azərbaycan Badminton Federasiyası ilə uzunmüddətli tərəfdaşlıq qurmaq niyyətində olduğunu bildirib. Məqsəd Azərbaycanın badminton sahəsindəki təcrübəsindən faydalanmaq, Ruandada bu idman növünü daha da inkişaf etdirmək və gələcəkdə beynəlxalq səviyyədə rəqabət apara biləcək idmançılar yetişdirməkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930