Böyük Britaniya ilə ticarət dövriyyəsi 3,5 milyard dolları keçdi

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 dəfə artaraq 3,55 milyard dolları ötüb.
Azturkxeber.az xəbər verir ki bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, hesabat dövründə Böyük Britaniya ilə ticarətin Azərbaycanın ümumi ticarət dövriyyəsində payı 20,45 faiz təşkil edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: