azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanın qara metal ixracı artıb – 4 ayda 35,1 milyon dollarlıq məhsul xaricə satılıb

20-05-2026

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan 35,1 milyon dollar dəyərində, 30,7 min tondan çox qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.

Azturkxeber.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə qara metal ixracının dəyəri 22 faiz, həcmi isə 26,9 faiz artıb.

Hesabat dövründə qara metallar və onlardan hazırlanan məhsulların ümumi ixracda xüsusi çəkisi 0,3 faiz təşkil edib. Qeyri-neft məhsullarının ixracında isə bu göstərici 0,75 faizə bərabər olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031