azturkxeber.az
http://azturkxeber.az

İlyas Hüseynov Türk Dövlətləri Təşkilatının yeni dünya nizamındakı rolundan danışıb

16-05-2026



İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri İlyas Hüseynov Bakı şəhərində keçirilən “I Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri” mövzusunda beynəlxalq elmi konfransda çıxış edib.

Türk dünyasında ortaq dil və əlifba məsələləri, türk xalqlarının elmi-mədəni inteqrasiyası və müasir dövrdə əməkdaşlıq perspektivlərinə həsr olunan beynəlxalq tədbirdə Türk Dövlətləri Təşkilatı məkanında siyasi, iqtisadi, mədəni və intellektual əməkdaşlığın əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

İlyas Hüseynov "Yeni dünya nizamında Türk Dövlətləri Təşkilatı" (The Organization of Turkic States in the New World Order) mövzusunda məruzə edib.

TDAM rəhbəri bildirib ki, Yeni dünya nizamında Türk Dövlətləri Təşkilatı üzv dövlətlər arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, ticarət dövriyyəsinin artırılması və ortaq nəqliyyat-logistika dəhlizlərinin inkişafı baxımından strateji regional platforma kimi çıxış edir. Təşkilat çərçivəsində Orta Dəhliz, rəqəmsal iqtisadiyyat, enerji təhlükəsizliyi, yaşıl transformasiya və investisiya əməkdaşlığı istiqamətlərində həyata keçirilən təşəbbüslər Türk dünyasının qlobal iqtisadi sistemdə mövqeyini gücləndirən əsas amillərdən hesab olunur.

Qlobal geoiqtisadi transformasiya şəraitində TDT-nin məqsədi üzv ölkələr arasında dayanıqlı iqtisadi əməkdaşlıq mexanizmlərinin formalaşdırılması, regional iqtisadi dayanıqlığın artırılması və Avrasiya məkanında yeni iqtisadi əməkdaşlıq modelinin təşviq edilməsidir.

Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.

İlyas Hüseynov






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031