azturkxeber.az
http://azturkxeber.az

Ordubad rayonunda xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial müdafiəsinə dair maarifləndirici görüş keçirilib

14-05-2026

Ordubad rayonunda xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial müdafiəsinə dair maarifləndirici görüş keçirilib
May 14, 2026 10:14 | Baxış sayı 25
Xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maddi-məişət şəraitinin müayinəsi departamenti tərəfindən Ordubad rayonunda maarifləndirici görüş təşkil olunub.
Azturkxeber.az xəbər verir ki, Ordubad rayon İnzibati Ərazi Dairələri üzrə Nümayəndəliklərin məsul şəxslərinin iştirakı etdiyi görüşdə muxtar respublika ərazisində sosial yardımın əhatə dairəsinin genişləndirilməsi, aztəminatlı ailələrin müəyyən edilərək sosial yardımın təyin olunmasına dəstək göstərilməsi, eləcə də müraciət qaydaları ilə bağlı ətraflı məlumat verilib.
İştirakçıları maraqlandıran suallar cavablandırılıb və praktiki tövsiyələr təqdim olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031